İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən ağıllı xalqı - Azərbaycan 83-cü yerə layiqdirmi...

Saleh Məmmədov: “Digər müsəlman ölkələri kimi Azərbaycan da geri qalır, çünki...”

Sosial şəbəkələrin birindəki xəbərdə ən yüksək İQ (intellekt) səviyyəsinə malik ölkələrin adları açıqlanıb. Birinci onluqda Yaponiya (106.48 İQ), Tayvan (106.47 İQ), Sinqapur (105.89 İQ), Honkonq (105.37 İQ), Çin (104.1 İQ), Cənubi Koreya (102.35 İQ), Belarus (101.6 İQ), Finlandiya (101.2 İQ), Lixtenşteyn (101.07 İQ)və Almaniya (100.74) yer alıb.

Siyahıda Azərbaycan orta 84.81 İQ-lə 83-cü yerdə, Türkiyə 86.8 İQ-lı 76-cı yerdə, Rusiya 96.29 İQ-lə 34-cü, İran 80.01 İQ-lə 114-cü yerdədir. Son pillədə 42.99 İQ-lə Nepal qərarlaşıb. Bəs bu nə dərəcədə obyektiv sıralamadır? Azərbaycan 83-cü yerə layiqdirmi?

Məlumat üçün deyək ki, İQ insanın malik olduğu intellekt əmsalını, yəni intellektual zəkasını (İntelligence Quotient- IQ “ay-kyü”) müəyyənləşdirir. İntellekt əmsalı (ingiliscə intelligence quotient insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisidir. Şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusi testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun qiymətləndirilməsi üçün tətbiq edilir. İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun. Belə ki, insanların 50%-i 90-110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçılarınkı isə 135-140 təşkil edir. İQ qiyməti 70-dən kiçik olan şəxslər əqli cəhətdən geri qalmış hesab olunur. Bir çox insanlar dünyada ən yüksək İQ sahib olan şəxsin Albert Eynşteyn olduğunu düşünürlər. Son araşdırmalara əsasən, bu yerin sahibi Uilyam Cemis Sidis hesab olunur. Onun IQ səviyyəsi 250-300 olduğu halda, məşhur fizikin İQ-i 160-190 arasıdır. 11 yaşında Harvard Universitetinə qəbul olunan Uilyam Cemis Sidis eyni ildə orada dərs vdeməyə başlayıb. Onun 40 dil bildiyi təxmin edilir.

Saleh Məmmədov - Professor Of Finance - BEU AZERBAİJAN | LinkedIn

Saleh Məmmədov

İqtisadçı, sabiq maliyyə naziri Saleh Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İQ indeksi ümumi təhsilin, elmin, mədəniyyətin ümumiləşdirilmiş göstəricisidir: “Burada çox oxumaqdan da söhbət getmir. Dərin təhsil, elm, öyrənmə prosesləri olmalıdır ki, İQ indeksi göstəriciləri yüksək olsun. Təəssüflər olsun ki, müsəlman ölkələrinin heç birində bu səviyyə yoxdur. İQ-in orta səviyyəsi 90 sayılır. Təəssüflər olsun ki, bir müsəlman ölkəsi bu səviyyəyə çatmır. 90 faizdən aşağı göstərici orta göstəricidir. Ondan aşağı göstərici geri zəkalılığı göstərir. Təəssüf ki, müsəlman ölkələrində səviyyə belədir. Çünki müsəlman ölkələrində təhsil, dünyəvi elm qadağandır. Bəzi ölkələr bu qadağanı bu gün də saxlayırlar. Dünya ölkələri içərisində İQ indeksinə görə ilk yerləri buddist ölkələri tutur, sonrakı yerlər xristian və yəhudilərə məxsusdur. Sıralamada ən aşağı reytinq müsəlman ölkələrindədir. Müsəlman ölkələri içərisində də daha üstün yer keçmiş sovet müstəmləkəsi və həmçinin xristian təsirli ölkələrə aiddir. İQ indeksinə görə islam ölkələri içərisində ilk yerləri tutan Qazaxıstan, Malayziya, Albaniya, Qırğızıstan, Türkiyə - hamısı Rusiya və ya ABŞ-ın təsiri ilə bu nisbətən üstün indeksə nail olublar. İQ indeksi ümumi iqtisadi və mədəni inkişafla düz mütənasib asılılıqdadır. İQ indeksi yüksək olan ölkələr ən inkişaf etmiş ölkələrdir və bu göstərici yüksəldikcə sosial-iqtisadi inkişafın sürətlənməsinə gətirib çıxarır”.

Ekspert əlavə edib ki, Azərbaycanın İQ indeksi üzrə göstəricisi aşağıdır: “Qonşu xristian ölkələrdən, dünyanın inkişaf etmiş ölkələrindən, hətta Orta Asiya müsəlman ölkələrindən xeyli geri qalır, bu geriləmə meyli müstəqillik illərində xeyli güclənmiş və mənfi çalarla getdikcə daha da pisləşir. Ən əsas qanunayğunluqlardan biri də islamlaşma ilə İQ əmsalının tərs mütənasib asılılığıdır. Dünya təcrübəsi göstərir ki, islamlaşma gücləndikcə İQ əmsalı düşür, uyğun olaraq sosial-iqtisadi inkişaf geriləyir. Bəzi araşdırmalarda müsəlmanların İQ indeksinin çox aşağı olmasının əsas səbəbləri məntiqli və əsaslandırılmış formada göstərilib. Bu səbəblər yalnız islamın daxili ziddiyyətləri, mahiyyəti, qaydaları, çoxsaylı məhdudiyyətləri, insan azadlığını və insan hüquqlarını, elm və təhsili ciddi surətdə məhdudlaşdırması ilə əlaqədardır. Hətta şəriət qaydalarının insanların fiziki və zehni inkişafına, insanların vücud, sağlamlıq, beynin təbii yetişməsinə nə qədər ağır zərbə vurması alimləri ciddi düşünməyə vadar etməlidir. Hər addım şəriət qaydalarının müasir elmlə antoqonist ziddiyyətləri ortaya çıxır. Mənə elə gəlir ki, bu bədbin qanunauyğunluqlar ən çox Azərbaycan ictimaiyyətini və Azərbaycan alimlərini narahat etməlidir”.

S.Məmmədov qeyd edir ki,  müsəlman ölkələri içərisində ilk yeri tutan İraqdır, 62-ci yerdə qərarlaşıb,  60-cı yerdən aşağıda müsəlman ölkəsi yoxdur: “Fikir verirsinizsə, birinci onluqda ölkələrin böyük əksəriyyəti buddistlərdir. Onlarda din bir qədər sərbəstdir. Son proseslər də göstərir ki, həm Yaponiya, həm Çin, Cənubi Koreya, Sinqapur dünyanın həm intellektual, həm də iqtisadi inkişaf səviyyəsi baxımından ən inkişaf etmiş ölkələri sırasındadır. İqtisadi inkişaf, dindarlıq və intellektual inkişaf indeksləri ilə bağlı mənim tədqiqatım da var. Harada ki dindarlıq yüksəkdir, misal üçün, Zambiya, Tanzaniyada, İQ səviyyə ən aşağı səviyyədədir. Ən aşağı iqtisadi inkişaf səviyyəsi də bunlardadır. Amma Çin, Yaponiya inanclı əhalinin ən az olduğu ölkələrdir. İnkişaf etmiş ölkələrin hamısında inanclı əhalinin sayı 50 faizdən yuxarı deyil. Bunlar ən yüksək intellektual inkişafa sahib ölkələrdir. Burada qanunauyğunluq əlaqələri düz mütənasib asılılıqdadır. İQ indeksi nə qədər yüksəlirsə, iqtisadi inkişaf, adambaşına düşən ÜDM bir o qədər yüksəkdir. Bu qanunauyğunluq bütün dünya ölkələri üzrə göstərilir. Harada  ki dinlə bağlı məhdudiyyətlər aradan götürülür, orada inkişaf gedir. Müsəlman ölkələrini, eləcə də Azərbaycanda bu vəziyyəti düzəltmək üçün bir az dindən aralanmaq lazımdır. İnanclılar öz inanclarına inansın, amma dinlə idarəçilik heç bir ölkədə fayda verə bilməz. İqtisadi inkişafın başqa yolu yoxdur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR