İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın diqqəti TÜRKİYƏDƏ - Ankara onun sayəsində yüksəlişə keçir

Dünyanın bir çox ölkəsinə ixrac edilən və müharibənin gedişatını dəyişməyə qadir olan Türkiyənin pilotsuz uçuş aparatları bu dəfə ABŞ mətbuatının gündəmindədir. Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan "Baykar"ın istehsal etdiyi pilotsuz təyyarələrə diqqət çəkən "Forbes" jurnalı maraq təhlil yazısı dərc edib.

Musavat.com xəbər verir ki, təhlildə Türkiyə-Misir münasibətlərindən və iki ölkə arasında problemlər həll olunmağa başlayan kimi Misirin Bayraktar TB2 pilotsuz uçuş aparatı ala biləcəyindən bəhs olunur.

"Forbes" Türkiyənin dron sənayesinə diqqət çəkib: “Türkiyə pilotsuz uçuş aparatları sənayesi və dünyanın onlarla ölkəsinin tələb etdiyi Bayraktar TB2 pilotsuz uçuş aparatı sayəsində yüksəlişdədir”.

Bayraktar-TB2-SIHA-16-scaled.jpg (729 KB)

Təhlildə qeyd olunub ki, Türkiyənin Misirə TB2 satması üçün heç bir maneə yoxdur: “Türkiyə və Misir bir neçə regional rəqibin izinə düşərək yaxın gələcəkdə münasibətləri düzəldə biləcəkləri üçün Qahirə TB2-ni ala bilər”.

Qeyd edək ki, Bayraktar TB2 kəşfiyyat missiyaları üçün orta hündürlükdə uzun müddət havada qala bilən taktik silahlı pilotsuz uçuş aparatıdır. O, tam avtonom uçuş, eniş və müşahidə imkanlarına malikdir.

Bayraktar TB2-nin müvəffəqiyyəti dünyanın bir çox böhran bölgələrində ön plana çıxıb və bir çox ölkə Türkiyə PUA-larını əldə etmək üçün növbəyə düzülüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR