İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünyada NATO Türkiyəsiz təsəvvür edilmir”-politoloq

“Əvvəla, Türkiyənin NATO-ya deyil, NATO-nun Türkiyəyə ehtiyacı olduğu hər addımda ortaya çıxır. Digər tərəfdən, Alyansdan çıxma məsələsi elə də asan məsələ deyil”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Ekspertin sözlərinə görə, Alyans tərkibində sərbəst şəkildə siyasət aparmaq da Türkiyə örnəyində mümkün olduğu hər kəsə bəllidir: “Türkiyəyə qarşı NATO ölkələrinin son illərdə etdiyi hərəkətlər göstərir ki, ABŞ başda olmaqla bir çox ölkələr Türkiyənən bölgəsəl rolunu azaltmağa çalışmaqdadırlar. Amma bu, onlara müyəssər olmur”. Türkiyənən Alyansdan çıxıb yeni bir hərbi ittifaq qurmasına gəldikdə, Q.Çaxmaqlı qeyd etdi ki, yuxarıda dediyi səbəblərdən buna imkan verməzlər: “Buna heç gərək də yoxdur. Türkiyə müstəqil şəkildə Türk Dövlətlər Təşkilatını gücləndirməklə arxasına güclü bir ekonomik güc əldə edə və onu gələcəkdə hərbi-siyasi ittifaqa çevirə bilər. Hər hansı bir qurum öz təhlükəzliyini təmin etmək üçün ortaya çıxır. Bir NATO ölkəsini, Yunanıstanı silahlandırıb Türkiyəyə qarşı təhdid yaradarlarsa, Türkiyənin bəlli mərhələdə qərar vermə anı da yaxınlaşa bilər”.

Politoloq dedi ki, Dövlət Bahçelinin dilindən “Türk NATO-su”ilə bağlı səsləndirilən fikir NATO üçün bir siqnal olmalıdır: “Onu da deyim ki, dünyada NATO Türkiyəsiz təsəvvür edilmir”.

 

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR