İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada məcburi əmək şəraitində yaşayan insanların sayı artıb

Dünyada məcburi əməyin (müasir quldarlığın) qurbanlarına çevrilən insanların sayı ötən illərdə ciddi şəkildə artıb.

AZƏRTAC xəbər verir ki, ”Walk Free” insan haqları təşkilatının “Qlobal quldarlıq indeksi“ hesabatında bu barədə bəhs olunub. Bildirilir ki, dünya üzrə 50 milyon insan müasir quldarlığın qurbanıdır və bu rəqəm ötən beş ildə 10 milyon nəfər artıb. İqlim dəyişikliyi, münaqişələr və intensiv hava dəyişkənliyi nəticəsində öz vətənini tərk etməyə məcbur olmuş insanlar daha tez-tez məcburi əmək şəraiti ilə razılaşmalı olurlar.

Hesabata görə, koronavirus pandemiyasının sosial təsirləri və qadın haqlarının məhdudlaşdırılması vəziyyətin daha da kəskinləşməsinə səbəb olub. Müasir quldarlığın ən geniş yayıldığı ölkələr sırasında Asiya və Afrika ölkələrinin adına rast gəlinir.

Qeyd edilir ki, dünyanın ən inkişaf etmiş ölkələri və sıraya qoşulmaq üzrə olan ölkələrdə də müasir quldarlıq halları mövcuddur. Müəlliflərə görə, Hindistanda 11 milyon insan, Çində beş milyon insan, Rusiyada isə 1,8 milyon insan məcburi əmək şəraitində yaşayırlar.

İnsan haqları ekspertləri məcburi əmək şəraitində istehsal olunmuş məhsulların dünyada dövriyyəsinin müasir quldarlığın daha da vüsət almasına imkan yaratmasından narahatdırlar. “Riskli məhsullar” sayəsində hər il 468 milyard ABŞ dolları məbləğində məhsullar “G-20” ölkələrinə idxal edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR