İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya yeni “soyuq müharibə”nin astanasında – Qlobal əlaqələr sistemi çökür

“Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibə”yə şərait yaradır”.

Musavat.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir.

Təhlildə Çin-ABŞ münasibətlərindəki son gəlişmələrə diqqət çəkilir:

“ABŞ-ın keçmiş dövlət katibi 99 yaşlı Henri Kissincer vaxtilə Amerika ilə Çin arasında əlaqələrin memarı olub. ABŞ İkinci Dünya müharibəsindən sonra Çində kommunist hakimiyyətini tanımamışdı. Vaşinqton bunun əvəzinə Tayvan adasında yerləşən Çin rejiminə müxalif qüvvələri tanımışdı. Ancaq kommunist Çin onilliklər ərzində gücləndi və Henri Kissincer ABŞ-ın o zamankı prezidentini başa saldı ki, Pekinlə əlaqə qurmaq lazımdır. Bundan sonra iki ölkə arasında qarşılıqlı səfərlər başladı və siyasi təmasların, o cümlədən iqtisadi əlaqələrin əsası qoyuldu.

Hazırda iki ölkə arasında münasibətlər gərgindir və Kissincer narahatdır ki, ABŞ-la Çin Tayvan adasında görə müharibəyə başlaya bilər. ABŞ Prezidenti Co Bayden noyabrda İndoneziyada “Böyük İyirmilər”in toplantısı çərçivəsində Çin lideri Si Cinpinlə görüşəcək. Kissincer ümid edir ki, bu görüş iki ölkə arasında gərginliyi nisbətən azalda bilər.

Kissincer hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindən narahatdır və bu savaşa görə ABŞ-la münasibətləri daha da gərginləşdirmək istəmir. Vaşinqton isə istəyir ki, Pekin ümumiyyətlə Kremli dəstəkləməsin. Ancaq bunu reallaşdırmaq çətindir”.

Mərkəzin ekspertlərinin fikrincə, Pekin Moskva ilə strateji tərəfdaşlıqdan imtina etməyəcək:

“Buna baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmasını arzulayır. Çünki Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibə”yə şərait yaradır. Pekin “soyuq müharibə” səbəbindən Qərblə iqtisadi əlaqələrinin zəifləməsini və regional layihələrinin təhlükə altına düşməsini istəmir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR