Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 14-də Bakıda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ilə KİV nümayəndələrinin görüşü keçirilib.
Musavat.com bildirir ki, "Günaydın" restoranında keçirilən görüşdə ilk öncə səhər yeməyi ziyafəti verilib. Ziyafətdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, səfirliyin digər nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.
Daha sonra mətbuat konfransı keçirilib.
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar çıxış edib:
“200-ə yaxın heyətimiz ilə birlikdə Bakıdayıq. Burada çox qonaqpərvər qarşılandıq. Azərbaycanda tarixi günlər yaşayırıq. Göstərdiyi qonaqpərvərliyə görə bütün Azərbaycan xalqına, dövlətinə təşəkkür edirik”.
Ersin Tatar Bakıda Şimali Kipr Mədəniyyəti və Təqdimatı Günləri çərçivəsində bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırıb, Şərqi Aralıq dənizindəki mühüm geostrateji coğrafiyada yerləşən Şimali Kiprin mədəniyyətini, tarixini qardaş ölkədə tanıtmaqdan məmnun olduğunu deyib.
Ersin Tatar həmçinin qeyd edib ki, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb:
“Azərbaycan Prezidenti bir daha bizə olan dəstəyini ifadə etdi. Tək millət dövlət şüarımızla aramızdakı bütün sahələrdə işbirliklərini genişləndirmənin önəmini vurğuladım. Türk dünyasındakı cəbhəmizi gücləndirmək üçün digər türkdilli dövlətlər də bizə öz dəstək verməlidir.
Şimali Kiprdə Azərbaycanda baş verən bütün hadisələri yaxından izləyirik. 44 günlük Vətən mübaribəsində kıbrıslı türklərin ürəyi Azərbaycanla döyünüb. Biz eyni dili danışan xalqlarıq.
Bir daha bizi qonaqpərvər, isti qarşılayan Azərbaycan xalqına, Prezident İlham Əliyevə, azərbaycanlı millət vəkillərinə, KİV nümayəndələrinə, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçıya və digərlərinə çox təşəkkür edirəm".
Xalidə Gəray
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ