İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis edilir

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis edilir.

XəzərNews.az xəbər verir ki,13-14 May tarixlərində dünyanın bir çox ölkələrindən tanınmış diaspor nümayəndələri, eləcə də azərbaycanlı iş adamları İsveçin paytaxtı Stokholmda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunu təsis edəcəklər.

Toplantıda yalnız təsisçilər iştirak edəcək.

Gələcəkdə fondun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı fondun təsisçiləri arasında artıq online zoom konfransı baş tutub, bəzi məsələlər müzakirə edilib.

Avropada və dünyada yaşayan azərbaycanlı iş adamları, tanınmış şəxslərin fonda cəlb olunması nəzərdə tutulub.

Qeyd edək ki, Fondun əsas məqsədi informasiya cəbhəsində Azərbaycanın haqlı mövqeyinin gücləndirilməsi, xaricdə yaşayan Azərbaycanlı iş adamlarına dəstəyin göstərilməsi, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsindən ibarətdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR