İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünün və günün fotosu – Obama və Demiralın bənzər jesti

Dünən gecə Avropa çempionatının 1\8 mərhələsi çərçivəsində baş tutan Avstriya-Türkiyə öz gərginliyi ilə idman gündəminə damğa vurduğu kimi, oyundan sonra oyundakı 2 qolun müəllifi Merih Demiralın öz azarkeşlərinə “bozqurd salamı” verməsi siyasi gündəmi də qarışdırıb.

merrrih.JPG (37 KB)

Bu jest sosial şəbəkələrdə böyük reaksiya doğurub. Müdafiəçinin bu hərəkətini kütləvi şəkildə təqdir edənlərlə yanaşı, onun əl işarəsinin türk millətçiliyini simvolizə edən jest olduğunu bildirənlər də var.

Hətta məğlub olan Avstriyanın bu jesti öz ərazisində qadağan etdiyi barədə ifadələr də səsləndirilir. UEFA-nın bu jestə görə Merih Demral barədə araşdırma başlatdığı, onu cəzalandırmaq fikrinə düşdüyü barədə söhbətlər var.

Ancaq bu jestdən vaxtilə dünyanın bir çox liderləri istifadə ediblər. 1992-ci ildə ABŞ-da prezident seçilən Bill Klintonun öz inaqurasiyasında belə bir jest etdiyi məlumdur.

bozqurd.jpg (45 KB)

Onun sələfi Barak Obamanın qoşa əllə “bozqurd” işarəsi tutmasını göstərən fotolar da var.

Ancaq bildirilir ki, bu jest ABŞ-da heç də türk millətçiliyini simvolizə etmir, amerikalı rok-n-rol pərəstiçkarları bir-birini belə salamlayırlar. Rokçuların bu jestinin qaynağı haradandır, o da başqa söhbətin mövzusudur.

qolll.jpg (55 KB)

Futbolçunun bu jesti, sadəcə, qələbə sevincinin ifadəsidir. Ona qalsa, hər bir futbolçunun qol sevincini yozub-yozub nəsə bir şey tapmaq olar. Məsələn, İranda tapılıb. İranlı əxlaq keşikçiləri bir ara qol vurandan sonra meydanın bir küncündə üst-üstə qalaqlanan və lap altdakı qolçunu təbrik edən futbolçuların hərəkətində homoseksual elementlər kəşf etmişdilər.

namazron.jpg (45 KB)

Səudiyyə Ərəbistanında isə qol vuran Kriştiano Ronaldonun xaç çevirməsi qalmaqala səbəb olmuşdu. Növbəti dəfə o, namaz qılırmış, müsəlman adətiylə dua edirmiş kimi jest edərək söz-söhbəti yatırtdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR