İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX-nin həbs etdiyi sabiq diplomatdan XƏBƏR VAR - QƏRAR VERİLDİ

Bir müddət əvvəl diplomatiya sistemindən uzaqlaşdırılmış Ramiz Vəliyevin həbs müddəti uzadılıb.

Musavat.com xəbər verir ki, Ramiz Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

DTX-nin təqdimatı əsasında Səbail Rayon Məhkəməsi Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.

Bildirilir ki, "kiçik adam sindromu"ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib.

Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən "söyüş müxalifəti"nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki "söyüş müxalifəti" ilə əlbir olaraq kompromatlar ötürüb. Vəliyev bir müddət də Livanda səfirlikdə işləyib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Ramiz Vəliyev hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisidir.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR