Onlayn ictimai-siyasi qəzet
Gec yatmaq kökəlməyə səbəb olur.
Bu barədə amerikalı qastroenteroloq Saurabh Sethi "Surrey Live"ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, gecə yarısından sonra yatmaq vərdişi bağırsaq funksiyasına, hormonal səviyyələrə, psixi vəziyyətə mənfi təsir edir və çəki artımına səbəb olur.
Mütəxəssisin fikrincə, müntəzəm yuxu olmamasının ilk nəticələrindən biri iştahın artması ilə əlaqədar çəki artımıdır. Bunun ardınca apatiya, xroniki hal almış mənfi əhval-ruhiyyə və idrak qabiliyyətlərinin - yaddaş, konsentrasiya və düşüncənin pisləşməsi gəlir.
Doktor Sethi qeyd edib ki, zaman keçdikcə yuxu çatışmazlığı orqanizmin bütün sistemlərinə, ilk növbədə hormonların işinə, qaraciyər və bağırsaqların fəaliyyətinə təsir göstərməyə başlayır. O, müntəzəm olaraq gec yatmağın psixi sağlamlığı xeyli zəiflədə biləcəyini söyləyib.
Sethi fiziki və emosional rifahı qorumaq üçün hər gecə eyni vaxtda (gecə yarısından əvvəl olmaq şərti ilə) yatmağın vacib olduğunu vurğulayıb. Həkim yetkin insanların gündə ən azı 7-9 saat yatmalı olduğunu da diqqətə çatdırıb. (Publika.az)
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ