Onlayn ictimai-siyasi qəzet
Hindistanla baş vermiş hərbi toqquşma nəticəsində Pakistanda 11 əsgər və 40 dinc sakin həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb.
Məlumatda bildirilir ki, daha 78 hərbçi və 121 mülki şəxs yaralanıb.
Xatırladaq ki, Hindistan mayın 6-da Pakistanda qarşı “Sindur” əməliyyatına başlayıb. Bundan sonra rəsmi İslamabad da əks addımlar ataraq mayın 10-na keçən gecə Hindistana qarşı “Bunyan um Marsus” (“Möhkəm divar”) adlı hərbi əməliyyata başlayıb.
Tərəflər arasındakı gərginlik aprelin 22-də Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən turistlərə qarşı hücumdan sonra başlayıb. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ