İnsanlara hürriyət, millətlərə istiqlal!

DSMF-nin gəlirləri 11%, xərcləri isə 8% artıb

"Cari il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 5726,4 milyon AZN olması proqnazlaşdırılır".

Musavat.com xəbər verir ki, bunu DSMF-nin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2021-ci illə müqayisədə 10,6% artım müşahidə olunur: “Daxilolmaların həcmi proqnozlara nisbətən 5 faiz artacaq. Əmək pensiyaları üzrə əhaliyə ödənişlər cari il üzrə 4946,2 milyon AZN olub. Ötən illə müqayisədə 7,8 faiz artım müşahidə olunur. Büdcə təşkilatları üzrə gəlirlər 21,7% artaraq 1695,5 milyon manat, qeyri-büdcə təşkilatları üzrə 17,5% artaraq 2885,0 milyon, transfertlər 8,1% artaraq 1132,0 milyon manat təşkil edib".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR