İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Sərhəd Xidməti TƏCİLİ məlumat yaydı - FOTO

Dekabr ayının 14-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Musavat.com-a verilən məlumata əsasən, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram narkotik vasitə marixuana, bir ədəd “Glock” markalı tapança, bir ədəd daraq və on iki ədəd patron aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

LENKERAN.jpg (65 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR