İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qurumunun əməkdaşı iş başında öldü

Göygöldə 39 yaşlı kişi qəfil vəfat edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl Su Kanal idarəsində qeydə alınıb.

Qurumun əməkdaşı, 1983-cü il təvəllüdlü S.Hüseynovun səhhəti qəfil pisləşib və o yıxılıb.

Dərhal təcili yardım xidməti çağırılıb. Müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

Məlumata görə, 39 yaşlı S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR