İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Neft Fondu qızıla yatırımı 25%-ə çatdırır – risk, yoxsa fürsət?

"Dövlət Neft Fondu (ARDNF) bu il investisiya portfelində qızılın payını 25%-ə çatdıracağını bildirib. Qızıla yatırımlar qısa müddətli dövrdə müəyyən risklər daşısa da, uzunmüddətli perspektivdə etibarlı və effektiv aktiv olaraq qalır".

Bu barədə Musavat.com-a açıqlamasında Eldəniz Əmirov bildirib.

Ekspert qeyd edir ki, tarixi təcrübəyə əsasən uzunmüddətli dövrlər üçün qızıl dəyərini qoruyub və iqtisadi dalğalanmalar fonunda sabitlik təmin etməklə yanaşı, sahiblərinə əhəmiyyətli gəlir gətirir:

"Yəni, bu investisiya aləti bütün dövrlərin və bütün maliyyə bazarlarının ən etibarlı alətidir. Bu kontekstdə ARDNF-nin qızıl ilə bağlı strategiyasını məntiqli və doğru hesab edirəm.

eldeniz_emirov.jpg (133 KB)

Bundan əlavə, investisiya portfelinin strukturunu təhlil edərək risk və gəlirlilik nisbətinin optimallaşdırılması məqsədilə bəzi dəyişikliklərin aparılmalı olduğunu da düşünürəm.

Bu dəyişikliklər təkcə aktivlərin diversifikasiyasının gücləndirilməsi ilə məhdudlaşmamalı, hazırkı dünya düzəninin perspektivinə uyğun daha dərin fundamental və ESG analiz prinsiplərinə əsaslanmalıdır.

Bəli, daha dərin fundamental və ESG analiz apara bilənlər Trampın iqtisadi-siyasi manevrlərinin nəticəsində öz kapitallarını ciddi həcmdə artıra biləcəklər. Bunu bacarmayan fondlar isə itkilərə məruz qalacaq".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR