İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentindən SÜLH AÇIQLAMASI: çətin seçim etməli VƏ...

“ABŞ Azərbaycan və Ermənistanın sülh sazişi məsələsindəki nailiyyətlərini davam etdirməsi üçün əlindən gələni əsirgəməyəcək”.

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə deyib.

Bununla belə o, təmsil etdiyi qurumun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşün detallarını açıqlamayıb:

“Onu deyə bilərəm ki, tərəflər sülh sazişinin əldə olunması istiqamətində uzun yol qət edib. Biz isə bundan sonra da bu müzakirələrin davamını təşviq edəcəyik. Hər iki dövlətin imzalayacağı sülh müqaviləsi həm onların özünə, həm də regionda təhlükəsizliyə fayda verə bilər. Biz hesab edirik ki, sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir. Buna görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması istiqamətində çalışacağıq. Vaşinqton görüşündə biz irəliləyiş əldə etsək də, mən təfərrüatları açıqlamaq istəmirəm. Lakin hələlik sülh müqaviləsi imzalanmayıb və biz buna nail olanadək həmin istiqamətdə çalışmağa davam edəcəyik”. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR