İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dost olmayan ölkələr” - Rusiya və Norveçin arasında umu-küsü

Norveç Xarici İşlər Nazirliyi Rusiya hökumətinin qeyri-dost ölkələr siyahısına daxil edilməsi barədə qərarını şərh edərkən Oslonun Rusiyaya qarşı qeyri-dost davrandığını iddia etmək üçün heç bir əsas yoxdur.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə Norveçin xarici işlər naziri Anniken Vitfeldt TV-2 telekanalına bildirib.

Eyni zamanda, nazir hesab edir ki, Rusiya Federasiyasının qərarında "təəccüblü heç nə" yoxdur.

Vitfeldt vurğulayıb ki, Norveç və Rusiya diplomatik münasibətlərin və təmas kanallarının fəaliyyətində maraqlıdırlar.

TV-2-nin məlumatına görə, Norveç Xarici İşlər Nazirliyi Rusiya tərəfdən bu qərarla bağlı hələlik rəsmi məlumat almayıb.

Avqustun 3-də Rusiya hökuməti Norveçi “Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən” xarici dövlətlər siyahısına daxil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR