İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dost ölkələr” də Moskvaya problem yaradır - Rusiya banklarına hesab açmaqdan imtina edirlər

Rusiya bankları dollar, avro və digər dünya valyutalarından yan keçməklə ticarət qurmaq üçün “dost” ölkələrdə hesablar açmaqda çətinlik çəkirlər.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Bankının sədr müavini Aleksey Quznov bildirib.

Onun sözlərinə görə, milli valyutalarda əməliyyatlar aparmaq üçün müxbir hesabların açılması barədə razılığa gəlmək həmişə mümkün olmur: “Biz bu barədə dürüst olmalıyıq. Müxbir hesabların qarşılıqlı açılması mexanizmi “dost” dövlətlərlə sazişlərə daxil edilməlidir”.

Qərb dövlətlərinin tətbiq etdiyi “maliyyə blokadasını” yarmaq üçün Mərkəzi Bank “baza” lisenziyası olan kiçik banklara valyuta əməliyyatları üçün xaricdə müxbir hesablar açmağa icazə verib. Müharibədən əvvəl yalnız ən azı bir milyard rubl nizamnamə kapitalı tələb edən, universal lisenziyası olan iri kredit təşkilatları belə hüquqa malik idi. Bu, 8 aydır qüvvədə olsa da, yüzdən çox “baza” lisenziyası olan bankdan yalnız 20-si xarici həmkarlarla müxbir əlaqələr qura bilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR