İnsanlara hürriyət, millətlərə istiqlal!

Dördgünlük iş həftəsinə keçilə bilər

Rusiyada dördgünlük iş həftəsinə keçmək mümkün olacaq.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Əmək Komitəsinin rəhbəri Yaroslav Nilov "RİA Novosti"yə bildirib.

Onun fikrincə, bu, bütün sahələr üçün mümkün olmayacaq, lakin texnoloji inkişafda irəliləyiş prosesi asanlaşdıra bilər.

Nilov misal olaraq evdən işləyə bilməyəcək həkimləri göstərib.

Deputatın fikrincə, iş vaxtının qısaldılması "kimsə tərəfindən nə iləsə kompensasiya edilməlidir" və texnologiya bu funksiyanı öz üzərinə götürə bilər.

"Optimallaşdırma və robotlaşdırma baş verdikdə, süni intellekt bizə əmək məhsuldarlığını və vətəndaşların gəlirlərini artırmağa, və şəxsi iştirakı azaltmağa imkan verəcək", - Dövlət Dumasının komitə sədri qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR