Onlayn ictimai-siyasi qəzet
İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard bildirib ki, onun ölkəsi, Böyük Britaniya, Kanada və Ukrayna İranı 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırır.
“Biz istəyirik ki, İran təyyarənin vurulmasına görə tam hüquqi məsuliyyəti öz üzərinə götürsün”, - diplomat bəyanatda bildirib.
2023-cü ilin iyulunda Böyük Britaniya, Kanada, İsveç və Ukrayna Ukraynaya məxsus Boeing 737 sərnişin təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək İrana qarşı iddia qaldırıb.
Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. İran tərəfinin fikrincə, qəzanın günahı hava hücumundan müdafiə sisteminin operatorundadır.
Şahanə Rəhimli
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ