İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp Kim Çen Inla əlaqə saxlayacağına söz verib

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla əlaqə saxlayacağına söz verib, lakin mümkün təmasların təfərrüatlarını açıqlamayıb.

“Report” xəbər verir ki, bunu D.Tramp andiçmə mərasimindən sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində deyib.

“Kim Çen In ağıllı adamdır”, - Amerika lideri deyib.

“Onunla əlaqə saxlayacaqsınızmı?” sualına Tramp belə cavab verib: “Əlaqə saxlayacağam”.

Xatırladaq ki, 2018-ci ilin iyununda Sinqapurda tarixdə ilk dəfə ABŞ-KXDR sammiti keçirilib və yekunda birgə sənəd qəbul edilib. Pxenyan bundan sonra Vaşinqtonun təhlükəsizlik zəmanəti müqabilində nüvəsizləşdirmə öhdəliyini götürüb. İkinci sammit 2019-cu ilin fevralında Hanoyda keçirilib. Tramp və Şimali Koreya lideri Kim Çen In bir neçə görüşdən sonra razılığa gələ bilməyib və ortaq sənəd imzalamayıblar. 2019-cu il iyunun 30-da Tramp və Kim Çen In arasında üçüncü görüş KXDR və Koreya Respublikası sərhəddində hərbsizləşdirilmiş zonada baş tutub. 5 oktyabr 2019-cu ildə ABŞ və Şimali Koreya rəsmiləri İsveçdə işgüzar səviyyədə görüşüblər, lakin danışıqlar nəticəsiz başa çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR