Onlayn ictimai-siyasi qəzet
ABŞ dollarının bahalaşması davam edir.
Dollar indeksi 2022-ci ilin noyabrından bəri ilk dəfə olaraq 107 həddini ötüb. Bu gün indeks daha 0,2 bənd artaraq 107,15 həddinə çatıb.
Dolların bahalaşması bu ilin oktyabrından müşahidə edilir. Oktyabrda 100 səviyyəsində olan indeks qısa müddətdə 7 faiz yüksəlib.
Dolların bahalaşması avroda da özünü əks etdirir. Bu gün uzun fasilədən sonra ilk dəfə olaraq bir avro 1,05 dollardan da aşağı düşüb.
Qeyd edək ki, dolların bahalaşması dolayısı ilə manatın da bahalaşması deməkdir. Çünki dollarla manatın məzənnəsi sabitdir. Məzənnə sabit olduğundan dollar bahalaşdıqda manat da bahalaşır, dollar ucuzlaşdıqda isə manat da ucuzlaşır. Son günlərdə Azərbaycanda avronun və bəzi digər valyutaların uzuclaşması da bu əlaqə ilə bağlıdır.
Hazırda bir avro 1,78 manatdır. Halbuki, iki ay əvvəl avronun qiyməti 1,9 manata yaxın idi./Sfera.az
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ