Onlayn ictimai-siyasi qəzet
“BRİKS ölkələri ixrac-idxal əməliyyatları üçün öz ödəniş sistemini qurmağa hazırlaşırlar”. Musavat.com xəbər verir ki, bu barədə “Arqumentı i faktı” nəşrinə açıqlamasında iqtisad elmləri namizədi, Rusiya Dövlət Sosial Texnologiyalar Universitetinin dosenti, Təhsil və Elm Nazirliyi yanında ictimai şuranın üzvü İnna Litvinenko deyib. Onun sözlərinə görə, bu gerçəkləşdikdə dünyada ABŞ dollarının digər ölkələrə təsirini ciddi şəkildə zəifləyə bilər.
Ekspertin fikrincə, indi dünyada hamı aydın başa düşür ki, həm iqtisadi, həm də siyasi təsir baxımından bir-birinə zidd olan iki blok formalaşır və ABŞ, şübhəsiz ki, NATO-ya alternativ olaraq BRİKS ölkələrinin birləşməsindən narahatdır. "Artıq 24 dövlət BRİKS-ə qoşulmaq istəyir. Onların arasında Türkiyə, Azərbaycan, Malayziya və Tailand da var. Onlar başa düşürlər ki, BRİKS çərçivəsində münasibətlər sistemi onlara bərabərhüquqlu tərəfdaşlar olmağa və maneəsiz bir mühitdə ticarət-iqtisadi əlaqələri inkişaf etdirməyə imkan verir. Birləşmiş Ştatlar isə baryer mühiti qurur və dünya ticarəti qaydalarının müəyyən edilməsində monopoliya yaradır, öz siyasi təsirini gücləndirmək üçün bütün dünyada əsas hesablaşma valyutası kimi dolların mövqeyini saxlamaq istəyir” deyə, ekspert bildirib.
Onun fikrincə, BRİKS ölkələrinin birləşməsi yeni ödəniş sistemi qurmağa imkan verir və bu istiqamətdə addımlar atılır. "Avropa və ABŞ artıq dünya iqtisadiyyatının 35%-ni tutan BRİKS ölkələri arasında münasibətləri öz əlləri ilə gücləndirir. Təşkilatın vahid uçot valyutasına ehtiyac var ki, onun məzənnəsi bütün iştirakçı ölkələrin məzənnələrinin məcmusundan formalaşacaq. Bu yanaşma ticarət-iqtisadi əlaqələr qurmağa, idxal-ixrac əməliyyatlarını ödəməyə və dost olmayan ölkələrin sanksiyalarından qaçmağa imkan verəcək. Və çox güman ki, vahid valyuta qızılla dəstəklənəcək - bütün BRİKS-ə üzv olan ölkələr buna malikdir və ABŞ ona qarşı sanksiyalar tətbiq edə bilməz. ABŞ xüsusi olaraq qlobal maliyyə sistemini elə qurdu ki, əsas ödəniş qızıl yox, dollar olsun. Düşünürəm ki, bizim ittifaq ölkələri bu yolla gedəcək və bu, mütləq dollara zərbə vuracaq. Hətta belə bir sistemin tətbiqinə hazır olması ilə bağlı bəyanatlar fonunda Amerika valyutasının mövqeyi zəifləyir. Bu faktı yuxarıda adı çəkilən Türkiyə də təsdiqləyir. Şimali Atlantika Alyansının üzvüdür, lakin BRİKS-in üzvü olmaq istədiyini bəyan edib. Hesab edirəm ki, BRİKS-in hesablaşma sisteminin formalaşması iki ilin işidir. Yəni dolların dünya valyutası kimi yaşamasına təxminən iki il ömrü qalıb” deyə, ekspert iddia edib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ