İnsanlara hürriyət, millətlərə istiqlal!

Dohadakı HƏMAS rəhbərliyinin koordinatlarını İsrailə Qətər özü ötürüb? - ŞOK İDDİA

Musavat.com xəbər verir ki, Dohada HƏMAS rəhbərliyinə qarşı İsrailin həyata keçirdiyi sensasion aviazərbə ətrafında yeni iddialar yayılmaqdadır.

Qətər və İsrail mediasında dolaşan məlumatlara görə, əməliyyat ABŞ prezidenti Donald Trampın razılığı ilə baş tutub. İsrailin Kanal 13 telekanalı yazır ki, “Tramp Dohada HƏMAS liderlərinə hücuma yaşıl işıq yandırıb”.

Həmin məlumatlara əsasən, İsrail hücumdan öncə həm ABŞ, həm də Qətər hakimiyyətini məlumatlandırıb.

Qətər mətbuatında isə daha qalmaqallı iddialar dərc olunub – bəzi mənbələr HƏMAS rəhbərlərinin koordinatlarının bilavasitə Qətər tərəfindən İsrailə ötürüldüyünü yazır. Bu məlumat təsdiqlənməsə də, artıq geniş müzakirə mövzusuna çevrilib. Qətər KİV-lərində bu, “dünyaya tarixdə qeydə alınmış ən böyük xəyanət” kimi təqdim edilir. Eyni zamanda, İsrail tərəfi bildirir ki, hücum zamanı Qətərin Hava Hücumundan Müdafiə sistemləri aktiv edilməyib, bu isə əməliyyatın əvvəlcədən razılaşdırıldığına dair şübhələri artırır.

Rəsmi Doha hələlik yayılan ittihamlarla bağlı heç bir mövqe açıqlamayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR