İnsanlara hürriyət, millətlərə istiqlal!

Dizellə işləyən avtomobil sahiblərinin nəzərinə! - VACİB

2025-ci ilin yanvar ayından etibarən Azərbaycanda dizel yanacağı ilə işləyən avtomobillərə illik vergi tətbiq ediləcəyi ilə bağlı xəbərlər son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan bu məlumatlar vətəndaşlar arasında narahatlıq doğurur. Bildirilir ki, bu addımın məqsədi ekologiyanın qorunması və atmosferə atılan zərərli tullantıların azaldılmasıdır.

Eyni zamanda dövlətin ekoloji cəhətdən daha təmiz olan elektromobil və hibrid avtomobillərə keçidi təşviq etməsi vurğulanır. Lakin bu dəyişikliklər, xüsusilə də dizel avtomobil sahibləri üçün ciddi maliyyə yükü yaradacaq, bu da cəmiyyət arasında haqlı narazılıqlara səbəb olur.

Bəs bu mövzu nə qədər realdır?

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov ajans.az-a bildirib ki, belə tədbirlər adətən hökumətin ekoloji siyasətinin bir hissəsi olaraq həyata keçirilir və daha ekoloji təmiz nəqliyyat vasitələrinə keçidi təşviq etmək məqsədi daşıyır:

"Nəzər alsaq ki, avtomobillərin ölkəyə idxalı zamanı rüsum və vergilər vergi məcəlləsi ilə tənzimlənir və hələlik vergi məcəlləsi çərçivəsində beləbir təklif olunmayıb. Amma elektriklə işləyən avtomobillər üçün güzəştlərin həcmi və müddəti artırılıb. Elektriklə işləyən avtomobillərin idxalı zamanı, eləcə də satışı zamanı əlavə dəyər vergisinə cəlb olunmamaq və elektrik avtomobillərinin doldurucularının əlavə dəyər vergisindən azad olunması ilə bağlı müddətin uzadılması da faktiki olaraq təsdiq olundu".

Deputat qeyd edib ki, bu cür qanunvericilik dəyişiklikləri yalnız ictimaiyyətin geniş məsləhətləşmələri və hazırlıq mərhələsindən sonra həyata keçirilə bilər. Onun sözlərinə görə, həm yaşıl iqtisadiyyat, həm də ətraf mühitin qorunması ilə bağlı tədbirlərə uyğun olaraq Azərbaycanda artıq bir neçə ildir ki, elektrik avtomobillərinin idxalı dəsdəklənir:

"Onlara verilən güzəştlər və bir sıra rüsumlardan azad olunmalar da məhz yaşıl iqtisadiyyata keçidi sürətləndirmək üçün bir təşəbbüsdür. Sahibkarların ənənəvi yanacaq növlərindən istifadə edən avtomobillərin deyil. Elektrik avtomobillərinin Azərbaycan bazarına daha tez idxalına nail olmaqdan ibarətdir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR