İnsanlara hürriyət, millətlərə istiqlal!

Direktor: "İllər ərzində metodistlər özlərini inspektor kimi aparıb"

"İllər ərzində metodistlər özlərini inspektor kimi aparıb, məktəbə sırf yoxlama və ya hansısa göstərişi vermək üçün gediblər".

Musavat.com xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2021-ci ildə metodkabinələrin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı monitorinq aparılıb:

"Təəssüf ki, nəticələr çox da ürəkaçan deyil. Sistem tamamilə yenidən qurulmalı, məktəblərin daxilində metodik xidmət qurulmalıdır. Həmçinin bu istiqamətdə proqram hazırlanmalı və regional idarələr vasitəsilə məktəblərə çatdırılmalıdır".

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR