İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqət! - Yeni dələduzluq növü: sifariş gözləyən hər bir vətəndaş... - VİDEO

Çatdırılma şirkətləri adından vətəndaşlara saxta mesajlar göndərilir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, son zamanlar bu kimi dələduzluq halları artıb.

Daşınma şirkətlərindən birindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşa hər hansı şübhəli mesaj göndərilərsə, həmin şəxs sifarişi etdiyi mərkəz ilə əlaqə saxlamalıdır. Çatdırılma şirkətlərindən isə o da qeyd edildi ki, onlayn ödənişlər yalnız sifarişin yaradılması zamanı həyata keçirilir.

Saxta mesajlarda göndərilən linkə daxil olduqda isə vətəndaşların məlumatları ələ keçirilir.

Daxili İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, sifariş gözləyən hər bir vətəndaş diqqətli olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR