İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Bu qayda dəyişdi - RƏSMİ

Nazirlər Kabineti 28 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra xidmətlərin göstərilməsi məsafədən həyata keçirildikdə akkreditə edilmiş mərkəz biometrik identifikasiya vasitəsilə müraciət etmiş şəxsin kimliyini təsdiq edir. Bu zaman şəxsin müraciəti, sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə müraciət etmiş şəxsin məlumatlandırılması və müqavilənin imzalanması akkreditə edilmiş mərkəzin proqram təminatı vasitəsilə həyata keçiriləcək.

Xidmətlərin göstərilməsi biometrik identifikasiya vasitəsilə həyata keçirildikdə, müraciət etmiş şəxsin müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işlərinə dair informasiya və biometrik məlumatlar, həmçinin şəxsin müraciətini əks etdirən videomateriallar akkreditə edilmiş mərkəzin məlumat bazasında saxlanılacaq.

Xidmətlərin göstərilməsi üçün lazımi sənədlər imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən əldə edilir. Bu mümkün olmadıqda həmin sənədlər (məlumatlar) müraciət etmiş şəxs tərəfindən elektron qaydada akkreditə edilmiş mərkəzə təqdim olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR