İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomu olmayan şəxslər işdən çıxarılacaq? - Nazirlikdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi bir müddət əvvəl 5800 tərbiyəçi-müəllimin məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsilinin olmadığı barəsində məlumat yayıb.

Maraqlıdır, diplomlarını aidiyyəti quruma təqdim etməyənlərin aqibəti necə olacaq?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi Redaktor.az-ın sorğusunu cavablandırıb.

"Hazırda həmin şəxslərin işdən uzaqlaşdırılması haqqında söhbət getmir və nazirliyin belə bir niyyəti də yoxdur. 2026-cı ilə qədər bütün müəllimlər sertifikatlaşdırılma prosesində iştirak edəcəklər", - deyə nazirlikdən bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR