İnsanlara hürriyət, millətlərə istiqlal!

DİPLOMATİK GƏRGİNLİK - Avstraliya səfiri İran XİN-ə ÇAĞIRILDI

Avstraliyanın Tehrandakı səfirliyi adından sosial şəbəkədə anti-İran və anti-islam xarakterli şərhlər paylaşdığı üçün səfir Lindall Saks İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, səfirlik sosial şəbəkədəki şərhlərində İran mədəniyyətini, adət-ənənələrini və islamı təhqir edib.

Məlumata görə, İran Xarici İşlər Nazirliyində Avstraliya səfirliyinin qəbul edilmiş normalara zidd məzmunlu paylaşımları kəskin şəkildə pislənilib.

Ona çatdırılıb ki, səfirlik tərəfindən dərc edilən materiallar təhqiredicidir, İran və islam adət-ənənələrinə və mədəniyyətinə ziddir. Nazirlikdə səfirə bəyan edilib ki, beynəlxalq hüquqa və Vyana Diplomatik Konvensiyasına zidd olduğu üçün anti-İran və anit- islam hərəkətlər heç vaxt təkrarlanmamalıdır.

Lindall Saks rəhbərlik etdiyi səfirliyinin heç bir şəkildə İran cəmiyyətini və onun sahib olduğu dəyərləri təhqir etmək niyyətində olmadığını vurğulayaraq şərhlərin məzmununda İranın qeyd edilmədiyini söyləyib. O, İran İslam Respublikası hökumətinin narahatlığını və mövqeyini rəsmi Kanberraya çatdıracağını bildirib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR