İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dini rejim İranda ciddi dəyişikliklərə hazırlaşır”-Ekspertdən MÜHÜM AÇIQLAMA

 

“Gözləntilərimizin, proqnozlarımızın əksinə olaraq, Məsud Pezeşkian İranın yeni prezidenti seçildi! Bu, o deməkdir ki, İran çox ciddi dəyişikliklər astanasındadır: sərt dini rejim həm daxili, həm də xarici siyasətində geniş açılıma getməyi nəzərdə tutur!”

Musavat.com xəbər verir ki, bunu siyasi ekspert Elxan Şükürlü bildirib. O xatırladıb ki, İranın dini rəhbəri Seyid Əli Xamenei çıxışlarında tez-tez cəmiyyətin istək və tələblərinin mütləq nəzərə alınmalı olduğunu vurğulayırdı:

“Çox böyük gənc əhali potensialına, resursuna sahib İran cəmiyyəti isə nə istədiyini, nə arzuladığını Səid Cəlilinin yox, Məsud Pezeşkianın çağırışlarına dəstəkdə ifadə etdi. İndi görək, İran bu dəyişiklik dönəmini ağrısız, təlatümsüz keçirməyi bacaracaqmı? Ən önəmlisi, Qərblə başlanacaq dialoq İranın hərbi nüvə doktrinasının dayandırılmasına və sanksiyaların götürülməsinə gətirib çıxaracaqmı?”

Ekspert hesab edir ki, İran kimi çoxmillətli dövlətdə etnik amilə istinad edərək, prezident seçilmək möcüzə sayılmaqla yanaşı, azərbaycanlılar və kürdlərlə bağlı siyasətdə əhəmiyyətli dəyişikliklərin həyata keçiriləcəyinin müjdəçisidir.

“Seçimləri qonşu, dost və qardaş İran xalqına xeyirli, düşərli olsun!”- deyə E.Şükürlü qeyd edib.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR