İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN məlumat yaydı - VİDEO


Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satışa çıxardığı qida məhsullarının polis tərəfindən dağıdıldığını iddia edərək və internet TV kanallarından birinə müsahibə verib.

Bu barədə DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, küçə ticarəti ilə məşğul olan Vüqar Əzizovun iddiaları şəxsi mülahizələrdir.

O, əsasən hərəkətin sıx və intensiv olduğu küçədə, piyada yolunda qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib. V.Əzizov bu əməlləri ilə hüquqazidd hərəkətlərini davam etdirərək satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb.

Qeyd edək ki, onunla dəfələrlə profilaktik iş aparılmasına və müvafiq icra hakimiyyəti əməkdaşları tərəfindən qanunla müəyyən olunan yerlərdə ticarət aparması təklif olunsa da imtina edib.

Polis əməkdaşları tərəfindən onun qanunsuz əməllərinin qarşısı alınıb.

@@TVmusavat/60678@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR