İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN gəlinin qayınatası tərəfindən yandırılması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) televiziya kanalında gəlinin qayınatası tərəfindən yandırılması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidməti “Report”un sorğusuna cavab olaraq bildirib ki, nazirlik əməkdaşları görüntülərdən məlumatlıdır:

“Həmin görüntüləri izlədik. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişində qadının iddiasına görə, 5 ay əvvəl qayınatası tərəfindən yandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR