İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən Qubad İbadoğlu ilə bağlı açıqlama- YENİLƏNİB

Sosial şəbəkələrdə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun saxlanılması ilə bağlı məlumat yayılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Q. İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Qeyd edilib ki, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

***

ADR Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə aktivist İlkin Rüstəmzadə qeyd edib.

O bildirib ki, Qubad İbadoğlu Sumqayıta, partiya gəncləri ilə görüşə gedərkən saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR