İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarə Zamanova intihara cəhdinin səbəbini açıqladı: "7 aydır ki..."

"7 aydır ki, ağrımı, acımı xalçanın altına süpürdüm, anamın vəfatından 1 həftə sonra dərhal işləməyə başladım, tədbirlərə getdim, təlimlər verdim. Bir sözlə, yasımı yaşaya bilmədim. Daha doğrusu, yaşamaqdan qaçdım".

Musavat.com xəbər verir ki, bunu öz sosial media hesabından ötən gün intihara cəhd edən sosial media mütəxəssisi Dilarə Zamanova bildirib.

"Hər gecə ağlasam da, səhər özümü güclü göstərdim. Amma alınmadı, çünki bu yasımla qarşılaşmalı idim. Dünən də ani kiçik problemdə affekt halı keçirdim. Bütün bu olanlar, deyilənlər və ya yazılanlar açığı məni üzmür və ya narahat etmir. Çünki məni daha çox üzən şeylər var. Bu narahatlıqlardan qurtulmağa qərar vermişəm. Bunun üçün də bol-bol dincələcəm və müalicə olunacam. Ən qısa zamanda aranıza daha yaxşı formada, daha sağlam və dözümlü olaraq qayıdacağam. Dünəndən mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Özüm də bilirəm ki, düzələcək, sadəcə biraz dincəlmək lazımdır", - deyə o əlavə edib.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR