Onlayn ictimai-siyasi qəzet
Biz tariximizi dərindən bilməliyik. Qərbi azərbaycanlıların ləyaqətli qayıdışını təmin etmək üçün təşkil edilən konfransı yüksək dəyərləndirirəm. Sevinirəm ki, xarici dövlətlər də bu məsələyə diqqət ayırırlar. Cənab Prezidentə bu məsələnin hərtərəfli araşdırılması üçün yaratdığı şəraitə görə təşəkkür edirəm.
Bu fikirləri Musavat.com-a Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə deyib. D. Seyidzadə tarixi faktlara diqqət çəkməyin önəmini vurğulayıb:
"Biz tariximizi dərindən bilsək, hər bir beynəlxalq təşkilat bizim tərəfimizdə olacaq. Tarix həm də siyasi, xalq üçün önəmli elmdir. Bununla yanaşı, tarix dəqiq faktlar elmidir. Faktları dərindən bilmək lazımdır. Tiflisdə, Sankt-Peterburqda və dünyanın başqa şəhərlərində Azərbaycanla bağlı arxiv sənədləri mövcuddur. Azərbaycan torpaqlarına hər zaman yüksək maraq olub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev Qərbi Azərbaycanla bağlı tədbirlərə yüksək səviyyədə rəhbərlik edir. Ümid edirəm ki, biz ulu babalarımızla bağlı həqiqətləri nəhayət ki, dünyaya çatdıra biləcəyik".
Qeyd edək ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, İnsan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Dilarə Seyidzadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ