İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilan Polatın həyatı filmə çevrilir

Ötən ilin noyabrından çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbsdə olan məşhur türkiyəli fenomen Dilan Polat bir neçə gün əvvəl azadlığa buraxılıb.

Polat həbsdən çıxdığı gün sosial media hesabında 500 min yeni izləyici qazanaraq gündəmdə qalmağa davam edib və film şirkətlərinin diqqətini cəlb edib.

Bu barədə "Ekol Haber" nəşri məlumat yayıb.

Məlumata görə, Polatın həyat hekayəsini səhnələşdirmək uğrunda film istehsalı şirkətləri fenomenin "arxasınca düşüb".

İddialara görə, bir çox uğurlu film və serial layihələrinə imza atan istehsal şirkətləri Dilan Polatın yaşadıqlarını böyük ekranlara çıxarmaq üçün bir-biri ilə yarışırlar.

Dilan Polatın bu təklifləri qəbul edib-etməyəcəyi isə maraqla gözlənilir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR