İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dil, din birliyimiz bizi iqtisadiyyat və digər sahələrdə də birləşdirir”-Raca Pərviz Əşrəf  

“Azərbaycan İƏT PA-nın Üçüncü Ümumi Konfransına ev sahibliyi etməklə dəyərlərə və dostluğa sadiqliyi nümayiş etdirir. Dünyanın ən böyük gölü olan Xəzərin sahilində birləşdiyimizi görürəm”.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf bu fikirləri mayın 17-də İƏT PA-nın Bakıda keçirilən Üçüncü Ümumi Konfransında söylədi.

İƏT-ə üzv ölkələrin konsensus yaratmalı olduqlarını qeyd edən pakistanlı qonaq bildirdi ki, ötən il beş sənəd imzalanıb və ratifikasiya edilib. Bildirdi ki, bu sənədlərin türkdilli dövlətlərin rifah halını yaxşılaşdırılması üçün çox vacibdir.

Pakistan rəsmisi daha sonra bildirdi: “Etnik ortaq dəyərlərə malik olan xalqlarımız bir-birinə çox yaxındırlar. Bakıda Moltanı karvansarayının olması məni məmnun etdi. Dil, din birliyimiz bizi iqtisadiyyat və digər sahələrdə də birləşdirir. Regional problemlərin həllini kənarda axtarmaq lazım deyil. Qazaxıstan, Özbəkistan, İran, Türkiyə iqtisadi cəhətdən güclü ölkələrdir. Biz gücümüzü birləşdirməliyik”.

Raca Pərviz Əşrəfin sözlərinə görə, dünyada ən çox təbii sərvətə - neft və qaz ehtiyatına malik 17 ölkədən 3-ü İƏT ölkəsidir. Pakistan parlamentinin sədri qeyd etdi ki, Qazaxıstan, Türkmənistan və İran ən çox təbii ehtiyatlara sahib olan ölkələr sırasındadır: “Pakistan və Türkiyə dünyanın ilk 10 buğda istehsalçıları arasındadır. Bütün bu üstünlüklərə baxmayaraq, xalqlarımız səfalət və yoxsulluq içərisindədir. Buna görə də post-pandemiya dövründə görüləcək tədbirlər daha qüvvətli olmalıdır.
Dünya varlar və yoxlar arasında bölünməyə davam etsə, yaşamaq üçün münasib yer olmayacaq. Sülh və rifah arasında birbaşa əlaqə var. İqtisadi tərəqqi üçün azadlığın vacibliyini igid qarabağlılardan başqa kim bizə söyləyə bilər? Regional əməkdaşlıqdan danışanda Kəşmir xalqının ağrısına necə göz yuma bilərik? Pakistan davamlı sülh üçün tərəfləri yenidən danışıqlara çağırır".

Pərviz Əşrəfin sözlərinə görə, İƏT ölkələri ümid edir ki, Sahibə Qafarovanın rəhbərliyi ilə əməkdaşlıq imkanları daha da genişləndiriləcək.

Regional müstəvidə əməkdaşlığın faydasından bəhs edən Pakistan rəsmisi qeyd etdi ki, dostları özün seçə bilərsən, amma qonşularınla yaşamalısan.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR