İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərbənddə Fətəli xana aid olduğu güman edilən boşqablar tapılıb

Rusiyalı arxeoloqlar Dərbənddə aparılan qazıntılar zamanı 17-18-ci əsrlərə aid olduğu güman edilən artefaktlar aşkar ediblər.

Musavat.com xəbər verir ki, bu barədə RBC Caucasus məlumat yayıb.

Dərbənd Dövlət Tarix-Memarlıq Muzey-Qoruğunun direktoru Vəliyulla Fətəliyevin sözlərinə görə, ekspertlər Çin və fars mənşəli dörd boşqab aşkar ediblər. Arxeoloqlar Fətəli xanın onlardan istifadə edə biləcəyini ehtimal edirlər. Çünki adi adamların o dövrdə bu cür bahalı və nadir əşyalar əldə etməsi mümkün deyildi.

Tapıntılar arasında 17-18-ci əsrlərə aid sikkələr və müxtəlif əşyaların fraqmentləri də var. Onlar alimlərə o dövrlərin insanlarının həyatını daha yaxşı öyrənməyə imkan verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR