İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatların parlamentə niyə çağırıldığı məlum oldu

Musavat.com az öncə Milli Məclis üzvlərinin parlamentə dəvət olunduğu barədə xəbər yaymışdı.

Aldığımız son məlumata görə, deputatlar parlamentə, Musavat.com-un öncədən ehtimal etdiyi kimi, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının deputatlara təqdim olunması ilə bağlı dəvət olunub. Belə ki, Milli Məclisin işçi qaydada iclası keçirilib və yubiley medalı deputatlara təqdim edilib.

Qeyd edək ki, Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa keçən ilin aprelində dəyişiklik edib və yubiley medalı təsis edilib.

“Heydər Əliyevin 100 illiyi” yubiley medalının Azərbaycan medalları sırasında xüsusi yer tutur. Bununla bağlı Əsasnaməyə əsasən medal ordenlərdən sonra sıralamada ilk olaraq taxılır. Əsasnamənin 1-ci maddəsinə görə, yubiley medalı ilə təltif ediləcək şəxslərin dairəsi də digər medallarla müqayisədə genişdir. Azərbaycan vətəndaşları və əcnəbilər, milli və xarici dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri bir sıra xidmətlərinə görə bu medalla təltif oluna bilərlər. Bu xidmətlərə Heydər Əliyev irsinin təbliği və tədqiqi, azərbaycançılıq ideyasının həyata keçirilməsi, sülhün və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlər kimi ülvi dəyərlər aiddir.

Bu baxımdan Əsasnamədə “Azərbaycanda dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunması” müddəası təqdirəlayiqdir. Həmçinin dövlət müstəqilliyinin qorunub saxlanılması, sosial-mədəni, elmi inkişafda xidmətlərinə, ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə və digər xidmətlərinə görə şəxslər də bu medalla təltif edilir. Medalda Heydər Əliyevin barelyefi, müstəqilliyimizin atributları əks olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR