İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın oğlu hərbi hissəyə aparılarkən yoxa çıxıb - MN xəbəri təsdiqləyib

Qazaxıstan parlamentinin deputatı Daulet Turlıxanovun oğlu Nurasıl Bolat hərbi hissədən qaçıb.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, Müdafiə Nazirliyi deputatın oğlunun qaçması barədə xəbəri təsdiqləyib və əlavə məlumat yayıb.

“İyulun 2-də Konayevski qarnizonunun hərbi hissələrindən birində xidmət edən sıravi hərbi qulluqçu Nurasıl Bolat inzibati həbs müddəti (onu komandirin əmrini yerinə yetirməkdən açıq şəkildə boyun qaçırmağa görə həbs ediblər) başa çatdıqdan sonra  hərbi qulluqçunun müşayiəti ilə öz hərbi hissəsinin olduğu yerə gedərkən naməlum istiqamətdə yoxa çıxıb”, - Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hazırda axtarış tədbirlərinin davam etdirildiyi qeyd edilir. Faktiki olaraq daxili araşdırma başladılıb.

Deputatın oğlunun qaçması ilə bağlı daha əvvəl vəkil Anna Çernova məlumat verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR