Onlayn ictimai-siyasi qəzet
Deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxış edərək Azərbaycana qarşı təxribatçı planları reallaşdırmağa çalışan qüvvələrə etirazını bildirib.
Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edildikdən sonra da Ermənistan bütün hiyləgərliyini işə salıb, dövlətlərarası vurnuxma yolu ilə baş əydiyi yeni “xozeyn”lərinə hər şeyini qurban verməyə hazır olduğunu nümayiş etdirir:
“Bu ölkə Rusiyanın forpostundan çıxıb Qərbin forpostuna çevrilməyini, milli mentalitetindən irəli gələn kölə xarakterini və faşist düşüncələrini bütün gücü ilə ortaya qoymaqdadır.
ABŞ, Avropa İttifaqı və Ermənistan tərəfindən uzun müddətdir ki, hazırlanan və bu gün keçirilən üçtərəfli görüş mahiyyətcə pozitiv xarakter daşımır, regionda sülhün yaranmasına xidmət etmir. Bu görüş faşist ölkəsinin Azərbaycana bütövlükdə regionda sülhün və əməkdaşlığın yaranmasına qarşı yönələn, Ermənistanın pozucu və revanşist mövqeyini stimullaşdıran və gücləndirən, onun sürətlə silahlanlanmasına hüquqi-siyasi əsaslar yaradan avantürist bir addımdır.
Bu tip görüşlər, eyni zamanda Azərbaycanla şərti sərhəd boyu Avropa İttifaqının mandatı ilə kəşfiyyatçı qrupları yerləşdirib, onlardan gələcək hərbi əməliyyatlar üçün ölkəmizin Silahlı Qüvvələri haqqında informasiyalar toplayan, Qərbdən, Hindistandan, İrandan güzəştli şərtlərlə müasir hücum silahları almaqda israrlı olan Paşinyan artıq ruhunda yaşatdığı qisasçılıq və revanşist mövqeyini açıq şəkildə nümayiş etdirərək Azərbaycana qarşı ərazi iddialarına şübhə yeri qoymur”.
Fəzail Ağamalı bildirib ki, hüquqi normativ aktlarından, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etmək, regionda sülhə və əməkdaşlığa töhfə vermək əvəzinə Qərbin güc mərkəzlərinin yaratdığı çevrədə ermənisayaq rəqs edən Paşinyan və komandası artıq Köçəryan və Sarkisyan qədər ölkəmiz, həm də region üçün ciddi təhlükə yaratmaqdadır:
“4 ildir ki, Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına xidmət edən sülh niyyətlərini bloklayan Ermənistan təcavüzkar məqsədlərini açıq və gizli şəkildə davam etdirir. O, işğal altında qalan 8 kəndimizi qaytarmaq əvəzinə bütün şərti sərhəd boyu sınıq-salxaq qoşun və hərbi texnikasını cəmləşdirərək təxribatlar törətməkdədir. Belə bir ölkə ilə dinc, qonşuluq şəraitində yaşamaq sadəcə olaraq mümkünsüz görünür.
Nə qədər ki, uşaqdan qocaya, qadından kişiyə, iqtidardan müxalifətə qədər Türkün qanına susayan bu vandal ölkə var, biz barmağımızı tətikdən çəkməməli, Ermənistanın təxribatçı və işğalçılıq niyyətlərinə və hərəkətlərinə son, həlledici zərbəni vurmaq üçün hər an hazır olmalıyıq”.
E.Paşasoy,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ