İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan şəhidlərin xatirəsinə hörmətsizliyə sərt reaksiya

Məlum olduğu kimi Bakıda ərəb turistlərinin törətdiyi qalmaqallı hadisə sosial şəbəkələrdə və ictimaiyyətdə böyük rezonans doğurub. Şəhidlər xiyabanında özlərini yersiz və təxribat xarakterli hərəkətlərlə aparan ərəb turistlərin davranışı həm xalq arasında, həm də dövlət səviyyəsində ciddi narazılıqla qarşılanıb, Azərbaycan cəmiyyətinin mənəvi dəyərləri baxımından ağır təhqir kimi dəyərləndirilir.

Musavat.com bildirir ki, Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı sərt açıqlama verib.

Deputat qeyd edib ki, Azərbaycan dəyərlərinə sayğı göstərmək hər bir xarici qonağın borcudur:

“Hansı ölkədən gəlməsindən və kimliyindən asılı olmayaraq bütün turistlər Azərbaycan dəyərlərinə hörmətlə yanaşmalıdırlar. Bunu anlaya bilməyənlər ilə bağlı lazımi hüquqi ölçülər götürülür və götürüləcək. Azərbaycan hüquqi dövlətdir. Qanunlar vətəndaşlığından asılı olmayaraq hamıya şamil olunur və olunacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Qeyd edək ki, hadisədə iştirak edən hər üç ərəb barəsində artıq cinayət işi açılıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR