İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat yeni şəhər salınmasını və Heydərabad adlandırılmasını təklif etdi

Milli Məclisin iclasında çıxış edən deputat Azər Badamov mərhum prezident Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı maraqlı təkliflə çıxış etdi.

Deputat ölkəmizdə yeni şəhər salınmasını və Heydərabad adlandırılmasını təklif etdi. Bu barədə danışarkən dedi ki, istənilən şəhərdə göydələnlərin olması problemli haldır. Üstəlik, binaların sıx tikilməsi də təhlükəsizlik baxımdan problem yaradır: “Allah eləməsin, hər hansı fövqəladə hal baş versə, təhlükəli hal yaşanacaq. Odur ki, yeni şəhər salınmalı və bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir.

Bu il “Heydər Əliyev İli” olduğundan təklif edirəm ki, bu şəhərin adı Heydərabad adlandırılsın. Bununla da ümumilli liderin adı əbədi yaşayar və ruhu şad olar”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR