İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat seçiciləri ilə görüşdü, problemlərə dair qərarlar verildi

Bu gün deputat Azay Quliyev Süleyman Sani Axundov küçəsi, 1, 1v, 1b, 1q, 2a, 2q, 3, 3a, 3b, 4a, 5, 5v, 11 və 11a saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, seçicilər onları narahat edən məsələləri, o cümlədən binaların qazlaşdırılması və istiliklə bağlı problemləri deputatın diqqətinə çatdırıblar.

Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR