Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Real TV-nin canlı yayımında çıxış edib.
Musavat.com xəbər verir ki, o, dünyanın harasında doğulub yaşamasından asılı olmayaraq, bütün türkləri qardaş Türkiyəyə maddi və mənəvi dəstəyə çağırıb.
Qənirə Paşayeva bildirib ki, özü və dostları əməkhaqlarının bir hissəsini qardaş Türkiyənin AFAD qurumuna göndərəcək.
Qeyd edək ki, Türkiyənin Cumhuriyyətinin Cumhurbaşkanlığı yardımlarla bağlı AFAD-ı koordinator qurum kimi elan edib və yardımların məhz bu qurum vasitəsilə edilməsi vacibdir.
Millət vəkilinin sözlərinə görə, qardaş ölkənin Cümhurbaşqanlığının təlimatı ilə ölkə içi və ölkə xaricindən ediləcək yardımlar AFAD-ın (Türkiye Cumhuriyeti İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı, Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə edilməsi Başqanlığı) koordinatorluğu ilə həyata keçiriləcək.
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ