İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Ermənistan kilsənin təsiri altında Azərbaycanla sülh danışıqlarını dayandırsa bu, onlar üçün faciə olacaq"

 

"Ermənistanda kilsə həmişə  dövlət siyasətini müəyyənləşdirib. Ona görə də Paşinyana qədər dövlət rəhbərliyinə gələnlər kilsənin dediyi ilə oturub durub". 

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib. O qeyd edib ki, kilsənin məqsədi ermənilərin çirkin niyyətlərini dəstəkləmək və xalqı müharibəyə sürükləməkdir: "Bu baxımdan kilsənin dövlətə təsir gücü davam etdiyi halda Ermənistanda heç vaxt  sabitlik olmayacaq. II Qaregen Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyanla birləşərək Paşinyan hakimiyyətini devirmək istəyir. Çünki Paşinyan kilsəni dövlətdən ayrı görür və Azərbaycanla münasibətlərini normallaşdırmaq istəyir. Ona görə də II Qaregen rahiblərə insanları hakimiyyətə qarşı qaldırmağı tapşırığını verib. Tavuş bölgəsindən İrəvana doğru irəlilləyən Baqrat Qalastyan da Qaregenin tapşırığını icra edir. Onlar 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlmə ssenarisini təkrarlamaq istəyirlər. Yəni fikirləşirlər ki, İrəvana yürüş etməklə əhalini Paşinyan hakimiyyətinə qarşı səfərbər edə biləcəklər. Amma  Qalastyan heç də Paşinyan deyil. Baqrat hakimiyyətə qarşı əleyhdarları öz ətrafına  yığmaq istəsə də, heç də bu, Paşinyanda olduğu kimi kütləvi hal almır. Çünki bir az ağıllı ermənilər müharibədən yorulub və sülh istəyirlər. Ona görə də Paşinyanı dəstəklədiklərini bildirir və hökumətə qarşı aksiyaya qoşulmurlar. Bu baxımdan onların Paşinyanı devirməyə gücü çatmayacağını hesab edirəm".

Deputat əlavə edib ki, bu gün regionda sülhün alternativi yoxdur: "Əgər Ermənistanda hakimiyyət kilsənin təsiri altına düşüb Azərbaycanla sülh danışıqlarını dayandırsa, bu, onlar üçün faciə olacaq".

Qeyd edək ki, bütün ermənilərin Katolikosu II Qareginin kilsə nümayəndələrinə heç bir biganəliyin təzahürlərinə dözməməyi əmr edib, bəzi rahiblərə ictimai etirazları alovlandırmaq və insanları küçələrə çıxmağa necə məcbur etmək barədə göstərişlər verib. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bütün Ermənilərin Katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Koçaryandır.

Paşinyan deyib ki, erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır.

Paşinyanın sözlərinə görə, hələ 2021-ci ildə Robert Koçaryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR