İnsanlara hürriyət, millətlərə istiqlal!

"Depp Harda qaşı": Hollivud ulduzlarının qalmaqalı serial oldu

Bu gün “Netflix” platformasında iki Hollivud məşhurunun qalmaqallı boşanmasından bəhs edəcək “Depp Harda qarşı” adlı sənədli serialın premyerası olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, daha əvvəl tirajlanan treyler aktyorların iştirak etdiyi məhkəmə iclaslarının, eləcə də onların qarşılıqlı ittihamlarının fraqmentlərindən ibarətdir.

Netflix-ə görə, bu sənədli film məhkəmə prosesində iştirak edən tərəflərin irəli sürdüyü əsas iddiaları ilk dəfə hərtərəfli təqdim etməsi ilə unikaldır. Əsas diqqət həqiqətin axtarışına yönəlib. 15 aylıq evlilikdə kimin kimə və necə hücum etdiyi və kimin sadəcə olaraq əsassız ittihamlar irəli sürdüyü barədə həqiqət ortaya çıxacaq. Serial həmçinin məhkəmənin nə dərəcədə gerçək ədalət prosesindən daha çox ictimai şou olduğuna və bunun hər iki ulduz üçün bir növ reklam kampaniyası olub-olmadığına diqqət çəkir.

Xatırladaq ki, “Karib dənizinin quldurları” serialının ulduzu Conni Depp keçmiş həyat yoldaşı Ember Hardın “The Washington Post” qəzetində dərc olunan müsahibəsində özünü məişət zorakılığının qurbanı kimi qələmə verməsinə görə onu məhkəməyə vermiş və ondan 50 milyon dollar tələb etmişdi.

Öz növbəsində Ember Hard Conni Depplə evliliyi zamanı alçaldılmara və fiziki zorakılıqlara məruz qaldığını iddia edərək ona qarşı 100 milyon dollarlıq əks-iddia qaldırmışdı.

İyun ayında Virciniya münsiflər heyəti Hardı böhtan atmaqda təqsirli bilib və onun keçmiş ərinə 15 milyon dollar ödəməyi əmr edib, lakin aktrisada bu məbləğ olmayıb. Sonradan bu məbləğ 365 min dollara endirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR