Onlayn ictimai-siyasi qəzet
Xəzər çimərliyində batan Mikayıl Mirzəyevlə bağlı bəzi təfərrüat məlum olub.
Hadisə Xəzər rayonunun Dübəndi yaşayış massivi yaxınlığında baş verib.
Belə ki, ötən gün səhər saatlarında 1978-ci il təvəllüdlü Mikayıl Rəhim oğlu Mirzəyev arvadı Zemfira İbrahimova ilə birlikdə nəzarətsiz ərazidə sualtı balıq ovu edərkən dənizdə batıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.
Onun meyiti dəniz sahilindən 800 metr məsafədə yerləşən qayanın yaxınlığında aşkar edilib.
Qeyd edək ki, Xəzər çimərliyində batan şəxs sualtı idman növü ilə məşğul imiş./İqtisadiyyat.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ