İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizdə batan 12 yaşlı məktəblinin FOTOsu...

Ötən gün Bakı şəhər Xəzər rayonu ərazisində dənizdə batan məktəblinin fotosu yayılıb.

Musavat.com "Qafqazinfo"ya istinadən bildirir ki, dənizdə boğularaq ölən 12 yaşlı Mirfərhad Damədov 6-cı sinif şagirdi imiş.

Qeyd edək ki, dünən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR